EKONOMİKS

Əhaliyə şad xəbər: Pensiya və müavinətlər artırılacaq (VİDEO)

Milli Məclisin iclasında müzakirə edilən məsələlərdən biri də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin artırılması məsələsi olub. Artan büdcədən pensiya və müavinətlər də öz payını alacaq. Yəni artımın olacağı gözlənir...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır..

Bunu "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. Millət vəkili bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.

Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib. 

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.

Loading...

Oxşar Xəbərlər