HADİSƏ

63 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini 22 yaşlı Əsədov Əmrah malki oğlu idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən piyada 63 yaşlı Babayeva Vüsalə Xəlil qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar Xəbərlər