HADİSƏ

"Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Səməd Vurğun küçəsi, 79D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.

32gun.az-ın məlumatına görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin və “Midtown” hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.

Nəticədə 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

*** 10:34

Ötən gün Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib.

TƏBİB-dən 32gun.az-a verilən məlumata görə, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılmışlar.

Loading...

Oxşar Xəbərlər