SOSIAL

Kütləvi zəhərlənmənin baş verdiyi mağazalar şəbəkəsinin sahibi görün kimdir - 11 milyonluq şirkət (FOTO)

Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib. Bu barədə TƏBİB məlumat yayıb.

32gun.az xəbər verir ki, "Bolmart" mağazası "Promart" MMC-yə məxsusdur.

Həm "Bolmart" mağazalar şəbəkəsinin, həm də "Promart" MMC-nin qanuni təmsilçisi Ramil Məmmədov Əşrəf oğludur.

Məlumat üçün bildirək ki, "Bolmart" mağazalar şəbəkəsinin nizamnamə kapitalı 100.00 AZN, "Promart" MMC-nin nizamnamə kapitalı isə 11483000 AZN-dir.

Xatırladaq ki, mart ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Promart" MMC ("Bolmart" mağazalar şəbəkəsinin sahibi) barədə iş qaldırmışdı.

Nilay

Loading...

Oxşar Xəbərlər