DÜNYA
Ərdoğan Ebru Gündeşə niyə zəng etdi? - SƏBƏB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənətçi Ebru Gündeşə telefonla zəng edərək anası Müjgan Bilginin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Prezidentliyin Kommunikasiya Müdirliyi məlumat yayıb.
Qeyd edək ki, Ebru Gündeşin anası 73 yaşında koronavirusdan dünyasını dəyişib. Onun cənazəsi sabah Zincirlikuyu məscidində qılınacaq günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.