DÜNYA
Konsert zamanı DƏHŞƏT: Səhnədəki ekran rəqqasın üzərinə düşdü (VİDEO)
Honq-Konqda “Mirror” qrupunun çıxışı zamanı səhnədəki ekran düşüb.
Lent.az RenTV-yə istinadən verdiyi məlumata görə, fanatların yayımladığı videoda ekranın hərəkəti və fırlanması zamanı onu tutan konstruksiyanın birbaşa rəqqaslardan birinin üzərinə düşməsi əks olunub.
Müxtəlif mənbələrə görə, qrupun 2 və ya 3 üzvü yaralanıb.
Yaralı rəqqasələr xəstəxanaya aparılıb.
Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.