DÜNYA

General əsir düşüb? - FOTO

Ukraynanın Xerson vilayətində gedən döyüşlər zamanı general-leytenant Andrey Siçevoyun əsir düşdüyü iddia olunub.

Milli.Az bildirir ki, Ukrayna mediasında yer alan xəbərlərə görə, Rusiya Müdafiə Nazirliyinin "Qərb" ordu qruplaşmasının komandanı A.Siçevoy polkovnik-leytenant poqonlu olaraq, kimliyini gizlətməyə çalışıb.

Rusiyanın Müdafiə Nazirliyi bu məlumatları feyk adlandıraraq təkzib edib.

53 yaşlı general-leytenant Andrey  İvanoviç Siçevoy Ukraynanın Melitopol və Mariupol şəhərlərinin işğalına rəhbərlik edib.

 

Oxşar Xəbərlər