DÜNYA
Paşinyan: "Pulumuz var, ancaq ölkələr bizə silah satmaqdan imtina edir"
Ermənistanın lazımi müdafiə silahlarını əldə etmək üçün bütün maliyyə imkanları var.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-də Ermənistan Milli Assambleyasının iclasında deputatların suallarını cavablandırarkən deyib.
Lakin onun sözlərinə görə, silahların əldə edilməsi 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat.
"Birinci işdə heç bir problem yoxdur, problem siyasi məsələdədir. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Bunu etməyə hazır olanlar var, lakin onların lazımi silahları yoxdur”, - Paşinyan bildirib.
Nəqliyyat komponentinə gəlincə, Paşinyan nazir xüsusilə qeyd edib ki, Ermənistanın beynəlxalq satıcıdan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı yoxdur.