SOSIAL
Dövlət universiteti 98 minə avtomobil alır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin xidməti avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “URAL AS SERVIS” MMC-dir.
Qalibə 97 min 900 manat ödənəcək.
“URAL AS SERVIS” ali təhsil müəssisəsinə bir mikro avtobus və minik avtomobili təqdim etməlidir.