SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah iki vacib xəbəri ƏHALİYƏ ÇATDIRDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 418 aktiv xəstə var. Bu günə qədər 9 900 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 084, bu günə qədər isə ümumilikdə 7 228 614 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 805 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 179, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 114, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 441, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 71 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 884 234, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 497, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 376 458, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 278 nəfər təşkil edir.

Loading...

Oxşar Xəbərlər