SOSIAL

Rauf Qarayev işdən çıxarıldı - Onu bu şəxs ƏVƏZ EDƏCƏK

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Rauf Qarayev işdən çıxarılıb.

32gun.az xəbər verir ki, bununla bağlı Xidmət rəisi Mətin Eynullayev əmr imzalayıb.

M. Eynullayevin digər əmri ilə, Rauf Qarayevin yerinə Səfərov Fəxri Fəxrəddin oğlu təyin olunub.

Qeyd edək ki, F. Səfərov bu təyinatadək Şəmkir Ərazi İdarəsində çalışıb. //Unikal

Loading...

Oxşar Xəbərlər