SOSIAL
Mirməhəmməd Məmmədov və Saleh Babazadə hara baxır? - Dövlətə külli miqdarda borcları üzə çıxdı
"Gəncə Şərab evi 1" Açıq Tipli Səhmdar Cəmiyyətinin və "Gəncə Şərab evi 2" ASC-nin dövlətə külli miqdarda vergi üzə çıxıb.
Qanuni təmsilçisi Mirməhəmməd Məmmədov Həmid oğlu olan "Gəncə Şərab evi 1"nin borcu 145 mindən çoxdur (145454.52 AZN).
O cümlədən qanuni təmsilçisi - Saleh Babazadə Nadir oğlu olan "Gəncə Şərab evi 2" saylı Açıq Tipli Səhmdar Cəmiyyətinin də 33 mindən çox (33608.57 AZN) vergi borcu var.
Böyük bir müəssisələrin bu qədər vergi borcu yaranması çox müəmmalıdır.
Yazıda qeyd olunan müəssisələrin hal-hazırda fəaliyyət göstərməsi, işçi sayının olması, "Şərab" istehsal etməsi mövcuddur. (hurriyyet.org)

