DÜNYA

51 il əvvəl törədilən qətlin üstü köhnə səs yazıları ilə açıldı - 71 yaşlı qatili görün haradan tapdılar

1971-ci ildə ABŞ-ın Merilend ştatında törədilən qətl hadisəsi 51 ildən sonra iki detektivin qətiyyəti sayəsində açılıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, qətlin 1 nömrəli şübhəlisinin arxasınca gedən əməliyyatçılar yarım əsrdir gizlənən qatili səs yazıları vasitəsi ilə tapıb. 

Larry David Becker held without bond for killing deputy sheriff

Bu müəmmalı qətlin pərdəarxası bərədə məlumatda qeyd edilir: 

ABŞ-ın Merilend ştatının şerifinin müavini Ceyms Tappen 1971-ci il oktyabrın 23-nə keçən gecə Rokvilldəki Manor Country Club-ın dayanacağında vəzifəsini yerinə yetirərkən naməlum şəxs və ya şəxslər  tərəfindən başından güllələnib. 

Boş dayanacaqda törədilən qətl haqqında aparılan bütün araşdırmalar nəticəsiz qaldığı üçün "açılmadı" kimi qeyd edilərək rəfə qaldırılıb. Yarım əsr sonra yenidən açılan istintaq bu dəfə başa çatıb. 

Ailəli və üç övladı olan Hollxəstəxanaya çatdırılsa da sadəcə 3 gün həyatda qalmaq üçün mübarizə apara bilib və dünyasını dəyişib. 

O gündən etibarən Merilend dedektivləri hadisənin bütün təfərrüatlarını bir-bir ələ keçirərək qatilə çatmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Bildirilir ki, Şahidləri bir-bir dinləyən və konkret ipuçları axtaran əməliyyatçılar hadisə zamanı dayanacaq yaxınlığında bir gənc oğlanın olduğunu müəyyən ediblər. Əllərində olan bütün vasitələrdən istifadə edən detektivlər iki illik araşdırmadan sonra sözügedən gəncin 19 yaşlı Larri Devid Bekker olduğunu müəyyən ediblər.  Detektivlər Becker haqqında sübut toplamağa çalışdılar, oğlanı sorğu-suala tutubar və təfərrüatları üzə çıxarmaq üçün mübarizə apardılar. Lakin Bekkerin qətllə əlaqəsi ilə bağlı konkret sübut tapılmayıb. 

Məhkəmə qarşısına çıxarılan Bekkerin əsl cinayətkar olduğu qəti şəkildə sübuta yetirilə bilməyib və oğlan sərbəst buraxılıb.

İşlə bağlı əlavə irəliləyiş əldə olunmadı və Ceyms Tappen Hollun qətli işi açılmamış rəfə qaldırılıb. 

Bu durum 2021-ci ildə iki qadın detektivin Holl qətlini yenidən nəzərdən keçirənə qədər davam edib. 

Montqomeri Polis Departamentinin açılmamış işlər bölməsinin direktoru Kris Homrokun rəhbərliyi altında fayl rəfdən götürülüb və 1971-ci ildə toplanmış azsaylı sübutlar yenidən qiymətləndirilib.

51 yıl önce işlenen cinayeti ses kayıtları çözdü: Katil Facebookta bulundu

Bildirilir ki, cinayəti tördən şəxsi tutmaq üçün lazımi ipucları sübut qutularından birindəki səs yazılarında gizli imiş.

Dedektiflər dosye yenidən açıldıqdan sonra maddi sübutlara və dindirmə qeydlərinə yenidən baxıblar.  Yeni texnologiyanın köməyi ilə səs yazılarını rəqəmsal mediaya köçürmək və araşdırmaq şansı qazanan polis, işin yeganə şübhəlisi olan Larri Devid Bekkerə fokuslanıb. Detektivlər dindirmə otağında çəkilmiş səs yazılarının təhlili üçün FTB-yə müraciət ediblər. Rəqəmsal mediaya ötürülən qeydlərdə qəribəlik hiss edən detektivlər Katie Leggett və Lisa Killen ifadələrdəki uyğunsuzluqları bir-bir müəyyənləşdirib qeyd etməyə başlayıblar. Leggett bildirib ki,  həmin andan etibarən hər şey dəyişməyə başlayıb.  Səs yazılarını təhlil edən iki detektiv Larri David Becker adlı şəxsin Montqomeridə yaşamadığını müəyyən edib. Araşdırmalar nəticəsində məlum olub ki, Bekker hadisədən sonra Merilenddən Nyu Yorka köçüb və adını Larry David Smith olaraq dəyişib.

 

Araşdırma nəticəsində 70 yaşı olan Smitin quldurluq, hədə-qorxu ilə pul tələb etmə və xəsarət yetirmə ilə bağlı cinayətlərdə əlinin olduğu üzə çıxıb. 

Bəs necə yayınıb?

Smit müxtəlif vaxtlarda və müxtəlif detektivlər tərəfindən sorğu-sual edildiyi üçün onun dediklərindəki uyğunsuzluqları bir araya gətirmək mümkün olmayıb. . Bu, Smitin birinci dərəcəli qətl şübhəlisi kimi mühakimə olunmasının qarşısını alıb. 

Maryland Cop Killer Who Confessed To 51-Year-Old Cold Case Ordered To Be  Held Without Bond | Montgomery Daily Voice

"Facebook"da tapıldı

Smitin ziddiyyətli ifadələrini toplayan iki detektiv, üstündən 51 il keçməsinə baxmayaraq, hadisə şahidləri ilə bir-bir yenidən danışıblarş Sonra Smitin yerini tapmaq üçün iş başlanıldı. Amma problem var idi. Smith izi tapılmırdı. 

Detektiv Leggett, Smiti onun orta məktəbdən olan əlaqələri vasitəsilə tapmağa cəhd edib.  Aspen Hill Liseyində oxuyan Smitin liseydəki sinif yoldaşlarının da olduğu "Facebook" qrupunu müəyyən ediblər.  Cinayəti yenidən araşdıran dedektiv qadınlarisey haqqında sənədli film çəkmək istədiklərini bəhanə edərək qrupa qoşulub.

Xoşbəxtlikdən, Smith tez-tez səhifədəki yazılara şərh yazdıqlarını görüblər. "Facebook" vasitəsilə Smihlə əlaqə saxlayan detektivlər ondan müsahibə almaq istədiklərini deyıib və  ev ünvanın öyrəniblər. 

Yaşlı adamı evində ziyarət edən Leggett və Killen kimliklərini açıqlayıb, 1971-ci ildə törədilən qətllə bağlı topladıqları dəlilləri Smitə təqdim etdikdən sonra onu tutublar. 

Yenidən ifadə verən Smit etiraf edib ki, 51 il əvvəl Beverly Roadda oğurluq edərkən şerif köməkçisi Hollla qarşılaşıb və onu vurub.

Bu etirafdan sonra Larry David Smith birinci dərəcəli qətl şübhəlisi kimi məhkəmə qarşısına çıxarılıb.

Ömürlük həbs

Cinayəti təsadüfən törətdiyini deyən Smitin müdafiəsinə məhəl qoymayaraq Merilend hakimlər heyəti onu qətldə günahkar bilib və ömürlük həbs cəzasına məhkum edib.  Məhkəmədə Hollin 79 yaşlı qızı Kerolin Filo və nəvəsi Kerri Kratçer də iştirak edib. 

Nilay

Loading...

Oxşar Xəbərlər