DÜNYA

Tanınmış jurnalist federal axtarışa VERİLDİ

Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.

32gun.az xəbər verir ki, Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Rusiya DİN-in bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Karaulovun adı “Rostex”in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır. //APA

Loading...

Oxşar Xəbərlər