DÜNYA

“İki mühüm sənədi razılaşdıra bilmədik…” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan KTMT Şurası çərçivəsində danışıqların dürüst, müsbət və açıq keçdiyini bildirib.

32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paşinyanın sözlərinə görə, KTMT Şurasının noyabrın 23-də keçirilən iclasında iki mühüm sənəd üzrə ortaq rəyə gəlmək mümkün olmayıb: “Lakin onu da bildirmək istəyirəm ki, çox açıq, dürüst və müsbət müzakirə olub və bu iki sənəd yenidən baxılmaq üçün göndərilib”.

Ermənistan Baş naziri qeyd edib ki, Ermənistanın KTMT bəyannaməsini və sentyabrın 13-də Azərbaycanla sərhəddə gərginlik zamanı KTMT-nin hərəkətlərinə dair qərarı imzalamamasına baxmayaraq, müzakirəni müsbət hesab edir.

O, Rusiya ilə ikitərəfli formatda danışıqları da müsbət adlandırıb.

Paşinyan əldə olunan razılaşmaların ən qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini də bildirib.

Loading...

Oxşar Xəbərlər