DÜNYA

Polis kimi reydə çıxdılar, həbs olundular - Biri qəbirstanlıq müdirinin sürücüsü imiş (Video)

Tekirdağın Çerkezköy rayonunda qəribə hadisə baş verib.

 32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, özlərini polis olaraq təqdim edən və vətəndaşları qəsb edən iki şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Həbs olunaraq həbsxanaya göndərilən şübhəlilərdən birinin Tekirdağ Böyükşəhər Bələdiyyəsi Qəbiristanlıq İşləri Müdirliyində sürücü işlədiyi öyrənilib.

Bildirilir ki, xüsusilə rayon mərkəzində Vəli.İ və Uğur.E  "Niyə avtomobildə spirtli içki içirsiniz? Avtomobiliniz cərimə meydançasına aparmaq məcburiyyətindəyik" deyərək ilk olaraq vətəndaşları qorxutduqları iddia edilib.

Saxta polislər  “Burada məsələni həll edə bilərik" deyib vətəndaşlardan pul istəyiblər.

Məlumatda həmçinin bildirilir ki, "Polislər"in saxladığı avtomobil sürücülərinə “Onda bizə içki al” deyiblər.

 İki saxta polis bir neçə adamı aldatmasından sonra polis hərəkətə keçib.

Nilay

Loading...

Oxşar Xəbərlər