DÜNYA 20 XƏBƏR

Ərdoğan Quranın yandırılması ilə bağlı sərt çıxış ETDİ

Xəbər verdiyimiz kimi, Quranın yandırılmasından sonra hərəkətə keçən Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında keçirilən üçtərəfli danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib.

32gun.az xəbər verir ki, irqçi siyasətçi Rasmus Paludanın Qurani-Kərimi yandırmasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç rəhbərliyinə sərt reaksiya verib.

Ərdoğan çıxışında "NATO ilə bağlı bizdən heç bir dəstək görməyəcəksiniz. Ölkəmizin səfirliyi qarşısında belə biabırçılığa səbəb olanların NATO-ya üzvlük müraciətləri ilə bağlı bir daha bizdən heç bir xeyirxahlıq gözləməyəcəkləri aydındır"- deyə, bildirib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər