HADİSƏ

Uşaq evində yaşayan oğlan itkin düşdü

Bakıda uşaq evində yaşayan oğlan itkin düşüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mikayıl Samir oğlu Rzayev ötən gün təhsil aldığı 220 saylı tam orta məktəbdə birinci dərsdən sonra itkin düşüb.

Fakta görə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.

Qeyd edək ki, o, 2019-cu ildən 1 saylı uşaq evində yaşayır.

Oxşar Xəbərlər