İspartda iki aylıq hamilə həyat yoldaşı Rabia Yılmazı tapança ilə öldürüb, qayınanası Ayfer Aydınlını yaralayan Ayhan Yılmazın törətdiyi əməllə bağlı növbəti məkəmə prosesi baş tutub.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, təqsirləndirilən şəxsin körpənin başqasından olduğu iddiaları əsasında aparılan DNT testinin nəticələri də məhkəmədə açıqlanıb.
Testin nəticəsinə görə, Ayhan Yılmaz 99 faiz körpənin atasıdır.
Hadisəni törədən A.Yılmaz “Arvadını qəsdən öldürmək”, “öldürməyə cəhd”, “yaşayış toxunulmazlığını pozmaq” və “odlu silah gəzdirmə qanununu pozmaq” maddələri ilə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə üçüncü dəfə hakim qarşısına çıxıb.
Məumatda bildirirlir ki, ilk iclasda təqsirləndirilən Ayhan Yılmaz qayınanasının körpənin ondan olmadığını iddia edərək “Sən kişi deyilsən, uşaq sahibi ola bilməzsən” deməsindən sonra bu əməli törətdiyini iddia etmişdi. Həmin iclasda zərərçəkmişin anası Ayfer Aydınlı da ittihamları rədd edərək, belə bir danışığının olmadığını açıqlamışdı.
Təqsirləndirilən şəxslərin ifadələrini dəyərləndirən məhkəmə heyəti, Rabia Yılmazın hadisə zamanı hamilə olan körpəsinin Ayhan Yılmazdan olub-olmadığını müəyyən etmək üçün DNT testi tələb edib.
Ayxan