HADİSƏ
“Limak”ın ofisindən oğurluq edildi
“Limak”ın ofisindən oğurluq edilib.
Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən “Limak” MMC-nin ofisindən 8 600 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.