Türkiyənin Adıyaman ərazisində 6 fevral tarixində baş vermiş zəlzələyə görə təqsirləndilirilən şəxslərdən 49-u tutulub.
32gunaz xəbər verir ki, 1800 binanın yararsız hala düşdüyü, minlərlə insanın həyatını itirdiyi təbii fəlakətdən məsuliyyətli olan 153 nəfərdən 49-u tutulub.
53 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər 51 nəfər isə azadlığa çıxarılıb.
Bildirilib ki, bu şəxslər arasında podratçılar, texniki məsul şəxslər, tikinti-nəzarət şirkətinin məsul işçiləri, tikinti sahəsinə nəzarət edənlər var.
Aysel Şirinova