HADİSƏ
Bakıda qəza sıxlığa səbəb oldu
Bakıda qəza olub, yolda sıxlıq yaranıb.
Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində qeydə alınıb.
"Hazırda Zığ şosesi istiqamətində sıxlıq var. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları hadisə yerindədirlər", - məlumatda qeyd olunub.