HADİSƏ
Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü
Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, qəsəbənin girişində yük avtomobilinin təkəri çıxıb və oradakı yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Aqil Hümbətova dəyib.
O, hadisə yerində vəfat edib.