DÜNYA ÖZ XƏBƏR

Bulvarda İsrailə dəstək yürüşü

Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək üçün “İsrail üçün yürüş” adlı kütləvi aksiya keçirilir.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər tezdən yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşmağa başlayıblar.

Bildirilir ki, İsrail bayrağının rənglərində, üzərində Davud ulduzu olan köynəklər və yəhudi dövlətini dəstəkləyən şüarlar geyinmiş fəallar əllərində üzərində ivrit və ingilis dillərində "Biz İsrailin yanındayıq!”, “Atəşkəs yoxdur!”, “Yəhudilərin həyatı önəmlidir”, “Həması indi məhv edin”, “İsrail torpağı yəhudilərindir” sözləri yazılmış plakatlar və pankartlar gəzdirirlər. Həmçinin İsrail və ABŞ bayraqları da daşıyırlar.

Ayxan 

Oxşar Xəbərlər