HADİSƏ

Bakıda birmərtəbəli evdə YANĞIN

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər