Fələstinin HƏMAS hərəkatı son anda İsraillə razılaşmaya dəyişiklik etmək qərarına gəldi, bu, atəşkəs razılaşmasının həyata keçirilməsində və girovların azad edilməsində gecikmələrə səbəb oldu.
32gun.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumatda İsrail kəşfiyyat xidmətinin Mossad rəhbəri David Barneanın çərşənbə günü Qətərə səfər etdiyi və orada HƏMAS-ın müqavilə layihəsinə dəyişiklik etmək istədiyi barədə məlumat aldığı bildirilir.
“Qətərlilər bizə (İsrail tərəfinə) saat 23:00 radələrində HƏMAS-ın hələ də müqaviləni imzalamadığını bildirdilər. Görünür, onlar hələ də bu məsələni müzakirə edirlər”, - adı açıqlanmayan İsrail rəsmisi deyib.
Qeyd edilir ki, hazırda nə Qətər, nə də HƏMAS onun yekun variantını imzalamadığından, razılaşmanın ən azı növbəti 24 saat ərzində həyata keçirilməsi mümkün deyil.
Aysel Şirinova