İsrail-Fələstin münaqişəsi zonasında atəşkəslə bağlı danışıqlara zorakılıq deyil, diplomatik səylər kömək edə bilər.
32gun.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis jurnalistlərə açıqlamasında deyib.
Ona Qəzza zolağında humanitar fasilələrin atəşkəsə gətirib çıxara biləcəyi sualı verilib.
"Diplomatiyada hər şey mümkündür. İki tərəf və maraqlı iştirakçılar bir masa arxasına yığışıb danışıqlara başlayanda onların hara aparacağını bilmirik. Lakin oktyabrın 7-də böhranın başlanğıcından mən ardıcıl olaraq atəşkəsə çağırmışam. Bunun da səbəbi bəllidir - zorakılıq zorakılığı gətirir, problemi həll etmir. Həll yolu tapmaq üçün siyasi səylər lazımdır”, - deyə o bildirib.
Ayxan