Azərbaycanda DƏHŞƏT: 8 məktəbli mikroavtobusda dəm qazından zəhərləndi (YENİLƏNIB)
Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Bu barədə "32gun.az"a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib.
"Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, zəhərlənənlərdən biri müəllim, 8-i isə şagirddir.
***12:22
Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
"32gun.az" apa-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.