HADİSƏ
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - YENİLƏNİB
Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "32gun.az"a bildirilib ki, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
***
09:27
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
"32gun.az" xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.
Hazırda hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.