HADİSƏ

Bakıda qorxunc hadisə: 2 nəfər öldü

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

"32gun.az" xəbər verir ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fərdi yaşayış evindən 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlunun üzərlərində xəsarət olmayan meyitləri tapılıb.

Onların hər iki şəxs dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Oxşar Xəbərlər