HADİSƏ

Nazirlikdən yanan konteyner barədə MƏLUMAT (VİDEO - YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

***

24.01.2024

Saat 23:51

Abşeron rayonunda taxta tikilidə yanğın olub.

Yadisə Saray qəsəbəsində qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvəsi və yanğınsöndürmə texnikası cəlb edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:48

Saray yolunda yerləşən müəssisələrdən birinin anbarında yanğın qeydə alınıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

 

Oxşar Xəbərlər