HADİSƏ

Meyit tapıldı - Nazirlik əməkdaşları təcili əraziyə gedib

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

Bu barədə “32gun.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Oxşar Xəbərlər