HƏMAS Qəzzada atəşkəslə bağlı danışıqlar prosesindən geri çəkilməsə də, İsrail tərəfinin Rəfahdakı hərəkətləri səbəbindən dialoq dayandırılıb.
32gun.az bildirir ki, bu barədə Fələstin hərəkatının bəyanatında məlumat verilib.
Açıqlamada HƏMAS-ın danışıqlar prosesindən geri çəkilmədiyi və onu dayandırmadığı, lakin İsrail ordusunun Rəfahda açdığı atəşin müzakirələri dalana dirəndiyi bildirilib.
Radikal hərəkatın Siyasi Büro üzvü Xəlil əl-Heya qeyd edib ki, hazırda danışıqlar aparılmır və “İsrailin baş naziri Benyamin Netanyahunun dediyi hər şey yalnız öz ambisiyalarını təmin etmək məqsədi daşıyır”.
Mayın 10-da HƏMAS İsraillə Qəzza zolağı ilə bağlı danışıqlarda strategiyasına yenidən baxılacağını açıqlayıb . Qərar İsrailin baş naziri Benyamin Netanyahunun danışıqlarda vasitəçilərin təkliflərindən imtina etməsi, həmçinin Qəzza ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsinə İsrail Müdafiə Qüvvələrinin hücumu və ələ keçirməsi ilə diktə edilib. .
Həmin gün məlum olub ki, İsrail hərbi kabineti Rəfah əməliyyatının davam etdirilməsini və genişləndirilməsini təsdiqləyib.
Ayxan