KRİMİNAL
Bakıda Polşa vətəndaşı BIÇAQLANDI
Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
"32gun.az" apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Polşa vətəndaşı 1970-ci il təvəllüdlü Asenov Asen Şişmanov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı sol bazunun kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.