HADİSƏ

Şabranda yeniyetmə 4-cü mərtəbədən yıxıldı

Şabran rayonunda 15 yaşlı oğlan dördüncü mərtəbədən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü T. Mədətli ehtiyatsızlıq ucbatından yaşayış binasının dördüncü mərtəbəsindən açıq pəncərədən yıxılıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Oxşar Xəbərlər