DÜNYA ÖZ XƏBƏR

İsrail Suriyaya raket zərbələri endirib

İsrail aviasiyası Suriyanın Hələb şəhəri yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib.
32gun.az bildirir ki, bu barədə Suriyanın “Şam FM” radiostansiyası məlumat yayıb .

Radiostansiyanın məlumatına görə, İsrail yerüstü hədəflərə raket zərbələri endirib, güclü partlayış səsləri eşidilib. Suriyanın hava hücumundan müdafiə sistemləri baraj atəşi açıb və bir neçə İsrail raketini vurub.

İyunun 2-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədova Fələstindəki münaqişəyə son qoyacağını  vəd edib .

Həmin gün İsrailin baş naziri Benyamin Netanyahunun tanınmış müşaviri Ofir Falk bildirib ki, İsrail ABŞ prezidenti Co Baydenin mayın 31-də təklif etdiyi Təl-Əviv və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasından imtina etməyib .

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki , Qüds Fələstin anklavında müharibənin dayandırılmasına yönəlmiş prosesin heç bir mərhələsində radikal HƏMAS hərəkatının Qəzza zolağında hakimiyyətinin davam etdirilməsinə razı olmayacaq.
Ayxan 

Oxşar Xəbərlər