HADİSƏ
Cəlilabadda avtobus qəzaya düşüb, ölənlər və yaralananlar var
Cəlilabadda yol qəzası baş verib.
"32gun.az" xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, yaralılar var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.