HADİSƏ
Bakıda xəstə baş həkimin otağına benzin töküb YANDIRDI
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
"32gubln.az" apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Xəsarət alanın olmadığı bildirilir, əlavə məlumat veriləcək.