HADİSƏ

Bakıda ticarət mərkəzindəki yanğın məhdudlaşdırılıb - FOTO (YENİLƏNİB)

Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

"32gun.az" xəbər verir ki, bu  barədə FHN məlumat yayıb. 

Bakıda ticarət mərkəzindəki yanğın məhdudlaşdırılıb - FOTO (YENİLƏNİB)

***14:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

"32gun.az" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bakıda ticarət mərkəzindəki yanğın məhdudlaşdırılıb - FOTO (YENİLƏNİB)

***14:51

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

"32gun.az" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Oxşar Xəbərlər