Xaçmazda məktəbli bıçaqlandı - Sinif yoldaşı saxlanıldı (YENİLƏNİB)
Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Bu barədə "32gun.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***10:57
Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.
"Unikal"ın məlumatına görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Orucov Kənan Taryel oğlu öz sinif yoldaşı Nəsrullayev Ayxan Fuad oğlu tərəfindən bıçaqlanıb.
T.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, vəziyyəti kafi olaraq qalır.
Fakla bağlı araşdırmalar aparılır.