SOSIAL
DİN-dən deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə yaydığı videoya münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev 32gun.az-a açıqlamasında bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.
Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”, - deyə o bildirib.
Sözügedən videonu təqdim edirik: