DÜNYA ÖZ XƏBƏR

Orban Zelenskinin Milad atəşkəsindən imtina etdiyini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Milad bayramı üçün atəşkəs rejiminin yaradılması və hərbi əsirlərin mübadiləsinin aparılması təklifini rədd edib.

32gun.a xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsindəki səhifəsində bildirib. 

Siyasətçi qeyd edib ki, Macarıstan Avropa İttifaqına sədrliyinin sonunda sülhə nail olmaq üçün yeni səylər göstərib. 

“Prezident Zelenskinin bu gün açıq şəkildə bu təklifi rədd etməsi və onu nəzərdən keçirilməməsi təəssüf doğurur. Əlimizdən gələni etdik!” - Orban yazıb. 

Dekabrın 11-də Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb . Orban vurğulayıb ki, hazırda bütün dünya münaqişənin ən təhlükəli həftələrini yaşayır. Onun sözlərinə görə, tərəflər atəşkəs və sülhün mümkün qədər asanlaşdırılması üçün əllərində olan bütün diplomatik vasitələrdən istifadə edirlər.

Nilay 

Oxşar Xəbərlər