HADİSƏ

Təyyarədə olan 14 azərbaycanlı sağdır / YENİLƏNİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. 

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə olan 32 nəfər sağ qalıb.

"32gun.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O qeyd edib ki, həmin şəxslərin müalicəsi davam etdirilir.

"32gun.az" Rusiya mediasına istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 37 nəfər azərbaycanlıdan 14-ü sağ qalıb. 

Məlumata görə, Qazaxıstan vətəndaşlarının hamısı ölüb. 

Oxşar Xəbərlər