HADİSƏ

Abşeronda Hindistan vətəndaşının ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, nəticədə birinin ölməsi ilə bağlı araşdırma aparılır.

"32gun.az"ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

***11:40

Abşeronda Hindistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

"32gun.az" xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Hindistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Hindistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar Xəbərlər