HADİSƏ
Tovuzda ustanı "tok" vurdu
Tovuzda ustanı elektrik cərəyanı vurub.
"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Tovuz dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Dəmir yolu xətlərini yeniləməsində işləyən şirkətlərdən birinin elektrikini cərəyan vurub. Hündürlükdən yerə yıxılaraq ağır xəsarət alan usta xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxs elektik olan xəttə səhvən çıxıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.