HADİSƏ
Balakəndə 3 yaşlı uşaq faciəli şəkildə öldü
Balakən rayonunda 3 yaşlı uşaq evin həyətində su vannasında boğulub.
"33gun.az" xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib.
Belə ki, yaşadığı evin həyətində su vannasına düşən 2022-ci il təvəllüdlü kənd sakini Rəvan Məmmədov boğularaq ölüb.