DÜNYA

Ekrem İmamoğlu saxlanıldı, evində axtarışlar aparılır / Səbəbi bilindi (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.

"32gun.az" xəbər verir ki, İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanıldığı iki istintaqın təfərrüatlarını paylaşıb.

İstanbul Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, bir çox bələdiyyə törəmə müəssisələrində qeyri-qanuni tenderlər, birbaşa təchizat və ya xidmət satınalmaları yolu ilə tenderlərin saxtalaşdırılması, ixtisaslı saxtakarlıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və mütəşəkkil şəkildə hədə-qorxu ilə tələb olunduğu müəyyən edilən hesabat nəticəsində araşdırmalara başlanılıb

****

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.

"32gun.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları İstanbul merinin iqamətgahında axtarış aparıb. 

Məlumata görə, İmamoğlu ilə birlikdə onun mətbuat müşaviri Murat Onqun da nəzarətə götürülüb.

Həmçinin İstanbulda bir çox metro stansiyaları bağlanıb. Sosial şəbəkələrə daxil olmaq çətinləşdirilib. İstanbul Prokurorluğunun məlumatına görə, İBB sədri Ekram İmamoğlunun Xalqların Demokratik Konqresi (HDK) çətir təşkilatı ilə ittifaq qurduğuna dair təsbitlərin, terror təşkilatı HDK-nın yerli media tərəfindən İstanbul seçkilərinə dəstək verdiyi açıqlanıb. 

 

Oxşar Xəbərlər