Sakarya Adapazarıda bir evdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş verdiyi evin bir neçə gün əvvəl qonşusunu öldürən ata və oğula məxsus olduğu anlaşılıb.
32gun.ax Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Evrenköy Məhəlləsi, 343-cü küçədə meydana gəldi. Ətrafdakı insanlar evdən alovların yüksəldiyini gördükdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Sakarya Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları tərəfindən müdaxilə edilən yanğın qısa müddətdə söndürülüb. Yanğından sonra ev yararsız hala düşüb.
Digər tərəfdən, martın 10-u axşam saatlarında evdə 36 yaşlı qonşusu Fatih Tunçu öldürdükdən sonra həbs olunaraq həbsxanaya göndərilən ata və oğul OCŞ. və E.Ş-nin sağ olduğu aydın olub. Polis qrupları yanğında yandırma ehtimalı ilə bağlı araşdırma başladıb.
Ayxan