Şanlıurfada evli cütlük arasında çıxan mübahisə ailələr qarışıb. Elə hadisə də bundan sonra baş verib.
"32gun.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, dava günorta saatlarında Yavuz Səlim məhəlləsində baş verib. Sibel və Mehmet Barıkhan cütlüyü evdə olarkən naməlum səbəbdən aralarında mübahisə düşüb. Cütlüyün qohumları gələndə mübahisə böyüyüb və küçəyə tökülüb. Məhəllə sakinlərinin daş, dəyənək və ov tüfənglərindən istifadə olunduğu davanı bildirməsindən sonra əraziyə çoxsayda polis və tibb briqadası göndərilib. Polisin müdaxiləsi ilə başa çatan dava zamanı tüfəngdən açılan güllələr dayanacaqda olan 5 avtomobilə və bir iş yerinə dəyib, ziyan dəyib. Sonrakı dava zamanı iki nəfər yüngül xəsarət alıb. Polis davada iştirak edən ailə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində əməliyyata başlayıb.
Ayxan