Tovuzda 5 məktəbli dəm qazından zəhərləndi (TƏFƏRRÜAT- YENİLƏNİB)
Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
****10:54
Tovuzda məktəblilərin zəhərlənməsinin bəzi təfərrüatları məlum olub.
"Unikal"ın əldə etdyi məlumata görə, məktəbli sinif otağındakı sobaya yıxılıb. Nəticədə sinifə tüstü dolub. Bu zaman məktəbin şagirdləri 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüldü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyeva zəhərləniblər.
**** 10:23
Tovuzda məktəblilər dəm qazından zəhərləniblər.
"Unikal" xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində baş verib. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, məktəblər dəm qazından zəhərləniblər.